ARDNŞ apreldə 1038 ton benzin satıb
01 May 2013 Çərşənbə 21:12
Dövlət Neft Şirkəti ötən ay 99 970 ton dizel, 12 397 ton təyyarə yanacağı ixrac edib.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin aprel ayında 1 038 ton avtomobil benzini, 99 970 ton dizel yanacağı, 12 397 ton təyyarə yanacağı ixrac edib.
ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ümumilikdə, 2013-cü ilin yanvar-aprel ayları ərzində 5 509 ton avtomobil benzini, 350 min 298 ton dizel yanacağı, 46 565 ton təyyarə yanacağı ixrac edilib.
2013-cü ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 932,62 dollar, təyyarə yanacağının - 902,81 dollar, dizel yanacağının - 856,07 dollar, 1 faizli kükürdlü mazutun - 586,18 dollar təşkil edib.
DOSTLARINLA PAYLAŞ: