ARDNŞ Almaniya şirkəti ilə memorandum imzaladı
10 Mart 2010 Çərşənbə 12:30
Alman şirkəti 1 il ərzində “Naxçıvan” strukturunu öyrənəcək
Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Almaniyanın “RWE DEA” şirkəti arasında Xəzərin Azərbaycan sektorundakı ““Naxçıvan” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.

ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, memorandum çərçivəsində alman şirkəti 1 il ərzində “Naxçıvan” strukturunu öyrənəcək. Bundan sonra strukturda kəşfiyyat işləri həyata keçiriləcək.
Bu memoranduma görə, “RWE DEA”-ya ““Naxçıvan” perspektiv strukturunda işləmək üçün 12 aylıq vaxt verilir. Bundan sonra ARDNŞ və Almaniyanın “RWE DEA” şirkəti arasında müqavilə hazırlanacaq.

Şirkət prezidentinin sözlərinə görə, sonradan “RWE DEA” bu spektri öyrənəcək və ilk 2 ay müddətində yeni PSA müqaviləsi imzalanacaq: “Bu strukturda yeni kəşfiyyat işləri həyata keçiriləcək. Bu hələ ki, memorandumdur və bu memorandum olduğuna görə, şərtlər müqavilə hazır olduqdan sonra açıqlanacaq”, deyə Rövnəq Abdullayev bilddirib.

“RWE DEA şirkətinin prezidenti Yurgen Qrossman isə deyib ki, “Naxçıvan” layihəsi əməkdaşlığın bir elementidir və bu, gələcəkdə “Nabukko” layihəsinin tərkib hissəsinə çevrilə bilər.

Qeyd edək ki, “Naxçıvan” strukturunda böyük həcmdə qaz və kondensat ehtiyatları proqnozlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar