ARDNF ton qızıl almağı nəzərdə tutur
23 İyul 2012 Bazar Ertəsi 22:58
Şahmar Mövsümov: ““TANAP”-ın tikintisi də Dövlət Neft Fondu tərəfindən maliyyələndiriləcək”.
Azərbaycanın büdcəsi artıq neftin qiymətindən asılı deyil. Bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Dövlət Neft Fondunda keçirilən 2012-ci ilin ilk 6 ayının gəlir və xərclərinə dair mətubuat konfransında deyib.

Konfransda Fondun maliyyə vəsaitlərinin xərclənəcəyi istiqamətlər də açıqlanıb. Ş. Mövsümov Neft Fondunun Avropa və cənub- şərqi Asiyanın bir sıra ölkələrində daşınmaz əmlaka investisiya yatırmağı nəzərdən keçirdiyi barədə də məlumat verib.

Ş. Mövsümov bildirib ki, xüsusən, London, Paris, Roma, İstanbul və Moskva ilə yanaşı, Sinqapur, Malayziya və İndoneziya kimi ölkələrdə də daşınmaz əmlakın alınması məsələsi müzakirə edilir.

Ş. Mövsümov “TANAP”-ın tikintisinin də Dövlət Neft Fondu tərəfindən maliyyələndiriləcəyini vurğulayıb. Bundan başqa, Fondun maliyyə imkanlarını sabit saxlamaq uçün bu ilin birinci rübündən qızıl alınmasına başlanıb.

Dövlət Neft Fondu ümumi portfelinin 5 faizi həcmində, yəni 30 ton qızıl almağı nəzərdə tutur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar