ARDNF-in aktivlərinin həcmi 30 milyard dolları keçib
06 İyul 2011 Çərşənbə 16:42
İndi Dövlət Neft Fondunun vəsaiti 30,2 milyard dollar təşkil edib.
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi ilk dəfə olaraq 30 milyard ABŞ dolları səviyyəsini keçib. Fonddan ANS PRESS-ə verilən məlumata görə, fondun vəsaiti 30,2 milyard dollar təşkil edib.

ARDNF-in məlumatında deyilirki, Azərbaycanın valyuta potensialının artması dövlətin iqtisadi qüdrətinin güclənməsinə, eləcə də ölkənin bütün sahələrində inkişafın, sosial-iqtisadi tərəqqinin sürətlənməsinə təkan verən mühüm amil kimi dəyərləndirilməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar