Araz iqtisadı zonası Azərbaycanla əməkdaşlıqda maraqlıdır
11 Mart 2013 Bazar Ertəsi 13:28
Araz iqtisadi zonasının sənaye müdiri Səid Əlizadə: Biz azəri qardaşlarımıza çalışma izni verərik.
“Araz” iqtisadı zonası Azərbaycanla əməkdaşlıq etmək istəyir. Qeyd edək ki, “Araz” azad iqtisadi zonası İranın Azərbaycanla həmsərhəd olan Culfa rayonu ərazisində 9 il əvvəl yaradılmağa başlayıb. Bu zonada yaradılan bütün müəssissələr 20 il ərzində bütün vergi və rüsumlardan azaddır. Artıq burada bir neçə böyük istehsal müəssisəsi işə düşüb. Bu müəssisələrdən hətta Azərbaycanla əməkdaşlıq edənlər də var. Məsələn, iqtisadi zonanın ən uğurlu layihələrindən biri olan maşınqayırma kompleksi kimi.
“Araz” iqtisadi zonasının sənaye bölümünün rəhbəri, Səid Əlizadə bildirir ki,” zavodun istehsal etdiyi yük maşınları artıq Azərbaycanın bir neçə özəl şirkətinə, 250 ədədi isə "Azerenerji" səhmdar cəmiyyətinə satılıb. Kompleksin və iqtisadi zonanın rəhbərliyi Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyirlər”.
“Araz” iqtisadi zonasının sənaye müdiri Səid Əlizadə: “Bizim azəri qardaşlarımız gələ bilər, burda biz onlara çalışma izni verərik. Öz məhsullarını yaxşı ucuz istehsal edə bilərlər. İqtisadi zonanın ən böyük müəssisələrindən biri də tekstil fabrikidir. Türkiyə və iranlı iş adamlarının birgə layihəsi olan bu fabrikə 350 milyon dollar sərmayə qoyulub. Müəssisədə hələ ki, yalnız iplik istehsal olunur. Amma gələcəkdə burada son məhsul, yəni geyim istehsalı da olacaq. Bütün bu məhsulların xammalı isə neftdir. Fabrikin rəhbəri Əzim Delaviz bundan əvvəl azərbaycanlı iş adamları ilə əməkdaşlıq etdiyini indi də buna hazır oluduğunu deyir.
“Araz” iqtisadi zonasının hazırda ərazisi 97 kvadrat kilometrdir. Amma ərazi genişləndirilir. İran tərəfi bu zonanın Azərbaycanla müştərək təşkil edilməsini istəyir. Bu məsələ iki ölkənin rəsmiləri arasında bir neçə dəfə müzakirə edilib.
Aprel ayında isə “Araz” iqtisadi zonasının rəhbəri Bakıya səfər edəcək.
Qeyd edək ki, artıq Azərbaycandan bir neçə sahibkar bu zonada sərmayə qoyub.