Aqrolizinq bu il 600 ədəd texnika almağı planlaşdırır
17 İyul 2010 Şənbə 12:20
Aqrolizinq səhmdar cəmiyyəti Gəncə avtomobil zavoduna 500 ədəd traktor sifariş edib.
2010-cu ilin büdcəsindən "Aqrolizinq" SC-yə ayrılan 35 milyon manatın böyük əksəriyyəti kənd təsərrüfatı texnikalarının alınmasına xərclənəcək. Bu barədə cəmiyyətin sədri Əli Bayramov məlumat verib. Onun sözlərinə görə, təşkilat bu il ümumilikdə 600 ədəd texnika alınmasınə planlaşdırır.

"100 ədəd kombayn alınmasını planlaşdırırıq. Bundan əlavə, biz traktorları kənardan almırıq. Traktorlar tələbata uyğun olaraq onlar Gəncə avtomobil zavodunda istehsal olunur. Gəncə avtomobil zavoduna sifariş verilir və oradan götürülür. Bu il 500 ədəd MTZ tipli traktor alınması ilə bağlı müqavilə bağlanılıb. Gələn il üçün də yəqin ki, Gəncə avtomobil zavodu ilə 500 ədəd Belarus traktorunun alınması üçün müqavilə bağlayacağıq". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar