Cari ilin aprelində manat pul kütləsinin həcmi 8,7 mln manat azalaraq 4 milyard 732 milyon manat təşkil edib. İlin əvvəlindən manat vəsaitlərinin həcmi 22,2% azalıb.
Son 12 ayda isə onların artımı 3,7 faiz olub. Mərkəzi bankın məlumatına görə, bank sistemindən kənar nağd pul kütləsi apreldə 7 milyon manat azalaraq 3 milyard 304 milyon manat təşkil edib. Nağdsız manat həcmi 1,7 milyon manat azalaraq 1 milyard 435 milyon manat səviyyəsinə düşüb. Onların manat dövriyyəsində xüsusi çəkisi 30,3 faizə qədər azalıb.
İlin əvvəlindən nağd pul məbləği 20,5 faiz azalıb, halbuki nağdsız pulda azalma 25,8 faizdir. Pul kütləsinin geniş göstəricisi hesabat ayında 105 milyon manat və ya 1,6 faiz artaraq 6 milyard 502 milyon manat təşkil edib. Apreldə bank sistemində xarici valyuta kütləsi 113,7 milyon manat və ya 6,9 faiz artaraq 1 milyard 770 milyon manat ekvivalentinə çatıb.
Ümumi pul kütləsində manat kütləsinin payı 72,8 faiz təşkil edib. Bu, ötən ilin göstəricisindən 3,1 faiz çoxdur. Cari ilin əvvəlindən xarici valyuta kütləsi 26,7 faiz, ötən ilin mayından isə 10,9 faiz azalıb. Pul bazasının ümumi həcmi ötən ay 9,5 milyon manat, ilin əvvəlindən isə 24,6 faiz azalaraq 3 milyard 751 milyon manat təşkil edib.
Manat pul bazası 1 milyard 101 milyon manat və ya 23 faiz azalaraq 3 milyard 679 milyon manat olub. İl ərzində bu göstəricilər müvafiq olaraq 8,1 faiz və 11,8 faiz artıb. /ANS TV/