Apreldə Belarusda Azərbaycan neftinin emalına başlanılacaq
14 Mart 2011 Bazar Ertəsi 11:52
Bu il Belarusa 4 milyon ton Azərbaycan nefti göndəriləcək
Belarusun Mozır neft emalı zavodu aprel ayından etibarən Azərbaycan neftini qəbul edəcək.
Bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç hər iki ölkənin iş adamlarının işgüzar görüşündə bildirib. Diplomat deyib ki, zavodda hər il dörd milyon ton neftin emalı planlaşdırılır.

Xatırladaq ki, Venesuela ilə Belarus arasında imzalanan "svop-sxem" müqaviləsi Belarusa yüngül “Santa Barbara” markalı neftin əvəzinə keyfiyyətcə ona uyğun olan Azərbaycan neftinin göndərilməsini nəzərdə tutur.

“Belarus Neft Şirkəti” QSC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış müqaviləyə əsasən, cari ildə Belarusa 4 milyon ton Azərbaycan nefti göndəriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar