“Apple” zavodlarında uşaq əməyi istismar edilib
01 Mart 2010 Bazar Ertəsi 18:00
Dünya brendi “Apple” qanun pozuntusunu etiraf edir
Dünyanın ən məşhur şirkətlərindən olan “Apple” 3 istehsal müəssisəsində 15 yaşından kiçik uşaqların əməyinin istismar olunmasını etiraf edib.
Şirkətin hazırladığı 24 səhifəlik hesabatda əmək fəaliyyətinə icazə verilən yaş məhdudiyyətinin 16 olduğu ölkələrdə yerləşən 3 müəssisədə 11 uşağın əməyindən qanunsuz olaraq istifadə edildiyi bildirilib. Açıqlamada bəzi zavodlarda işçilərin yaşlarının düzgün göstərilmədiyi qeyd olunur. Dünyanın ən məşhur brendi olan “Apple” hazırda qanunsuz uşaq əməyindən istifadə edən bir müəssisə ilə əməkdaşlığına son verib. Digər müəssisələrdə isə bu halın təkrar olunmaması üçün tədbirlər görülməsinə başlanılıb.
Dünya brendi üçün çalışan 20 istehsalçı şirkətin isə işə qəbul zamanı qadın namizədləri hamiləlik testindən keçirməsi də əsas tənqid hədəflərindən biridir.
Xatırladaq ki, “Apple” şirkətinin Çin, Tayvan, Tayand, Malayziya, Sinqapur, Cənubi Koreya, Çex Respublikası, Filippin və ABŞ-da 102 istehsal zavodu var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: