Apple şirkəti dünyada ən bahalı brendinə sahibdir
06 Sentyabr 2014 Şənbə 00:49
Apple brendin dəyəri 117 milyard dollardır və bazar kapitalı 611 milyard dolları keçir.
"Apple şirkəti dünyada ən bahalı brendinə sahibdir".

ANS PRESS-in məlumatına görə, brendin dəyəri 117 milyard dollardır və bazar kapitalı 611 milyard dolları keçir.

Analitiklər hesab edirlər ki, brend bütün şirkətin dəyərinin beşdə birini təşkil edir. Apple-ın ən yaxın izləyicisi Google-dur. İnternet-şirkətin brendi 107 milyard dollardır.

Reytinqin üçüncü pilləsində orta qiyməti 76 milyard dollar olan IBM, dördüncü yerdə isə 70,8 milyard dollarla Microsoft qərarlaşıb.

Texnoloji şirkətlər dünyanın ən böyük brendlərinin onluğunda üstünlük təşkil edirlər, onların arasında Samsung (8-ci yer, 48,1 milyard dollar) və Amazon (9-cu yer, 44,3 milyard dollar) da var.

Dünyanın 10 ən bahalı brendlərinin siyahısına Coca-Cola (64,5 milyard dollar), General Electric (52,1 milyard dollar), McDonald's (51,2 milyard dollar) və Toyota (33,3 milyard dollar) da daxil olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar