Anbarlarda qalan qaz satıldı
04 Oktyabr 2009 Bazar 10:45
Azərbaycan gələn ildən Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac edəcək
Azərbaycan 2010–cu ilin əvvəllərindən başlayaraq, Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac etməyə başlayacaq.
Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Nazim Səmədzadənin AzərTAc-a verdiyi məlumata görə, iyun ayında ARDNŞ–lə Rusiyanın “Qazprom” şirkəti arasında imzalanan 5 illik müqaviləyə əsasən, Azərbaycan Rusiyaya 1 il ərzində 500 milyon kubmetr qaz ixrac edəcək.
“Belə bir müqavilə imzalamaq bizim üçün çox vacibdir. Çünki bununla anbarlarda yığılıb qalan qazın satışına müvəffəq oluruq” – deyən “Azəriqaz” İB-nin rəsmisi, razılaşmadan fərqli olaraq qazın ixracına 6 ay əvvəldən başlanılacağını bildirib. O, əlavə edib ki, bu ilin sonunadək Qazıməmməd – Mozdok qaz kəmərində texniki təmir işləri başa çatdırılacaq və kəmər istifadə üçün tam yararlı hala gətiriləcək.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: