Amrahbank indi 4-cü mikrorayonda
02 Dekabr 2009 Çərşənbə 17:45
Amrahbank ın yeni filialı fəaliyyətə başlayıb
“Amrahbank” coğrafi nöqteyi nəzərdən filiallar şəbəkəsinin genişləndirilməsi strategiyasını davam etdirir. Bu məqsədlə bank Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 35 ünvanında (4-cü mikrorayon ərazisində) “Amrahbank”ın yeni filialı fəaliyyətə başlayıb.

Bu barədə məlumat ANS PRESS-ə bankdan verilib. Filialın açılış mərasimində iştirak edən “Amrahbank”ın İdarə Heyətinin sədri Emil Məmmədov bildirib ki, yeni filialın yaradılması bankın filial şəbəkəsinin genişləndirməsi üzrə nəzərdə tutulan fəaliyyət planının tərkib hissələrindən biridir: “Biz bazarda mövcud vəziyyəti təhlil etdilkdən sonra bu ünvanda Bankın filialının yaradılması qərarına gəldik".

“Amrahbank” Bakı şəhəri üzrə filialların yerləşməsini dəyişdirməklə, onların coğrafi əhatəsinin diversifikasiyasının təmin edilməsini planlaşdırır, regionlarda yeni filialların açılması məqsədilə araşdırmalar aparır. Bankın fəaliyyət planına əsasən yaxın gələcəkdə filial şəbəkəsinin genişləndirilməsini planlaşdırır.

“Amrahbank”ın Maliyyə Departamentinin direktoru Fazil Hüseynovun sözlərinə görə, dünyada baş verən iqtisadi böhran şəraitində “Amrahbank”ın yeni filialının açılması maliyyə nöqteyi nəzərdən bankın stabil inkişafını göstərən bir amildir.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ən birinci və aparıcı kоmmersiya banklarından biridir. Bank bir sıra ixtisaslaşmış qurumların, о cümlədən Azərbaycan Respublikası Əmanətlərin Sığоrtalanması Fоndunun, Sahibkarlığa Yardım Milli Fоndunun və Azərbaycan Banklar Assоsiasiyasının üzvüdür. Bir qədər əvvəl Bəhreyndə yerləşən və hazırda bankın səhmlərinin 49 faizinə sahib оlan Beynəlxalq İnvestisiya Bankı ilə əldə edilmiş strateji əməkdaşlıq bankın fəaliyyətinin bir çоx sahələrinin inkişafına, o cümlədən kоrpоrativ idarəetmə sisteminin, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına, bankın xidmət və məhsullarının keyfiyyətinə təkan verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar