“AmrahBank”ın mənfəəti iki dəfə azalıb
27 Yanvar 2010 Çərşənbə 17:30
“AmrahBank”ın gəlirləri 12,59 milyon manat olub
"AmrahBank" ASC-nin aktivləri ötən il 63,1 faiz artaraq 101,81 milyon manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 0,8 faiz artaraq 39,89 milyon manat təşkil edib.

Bankın ümumi öhdəlikləri iki dəfə artaraq 80,91 milyon manata çatıb. Depozit portfeli 26 faiz genişlənərək 41,18 milyon manat təşkil edib. Müddətli müştəri əmanətləri 96,6 faiz artaraq 16,93 milyon manata çatıb.

Balans kapitalı 5,9 faiz azalaraq 20,89 milyon manat, məcmu kapital 5 faiz azalmaqla 20,65 milyon manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 12,82 milyon manat səviyyəsində qalıb.

Bankın gəlirləri 2008-ci illə müqayisədə 5,3 faiz azalaraq 12,59 milyon manat olub. Xərcləri isə 11,2 faiz azalaraq 10,86 milyon manat təşkil edib. Vergi ödəniləndən sonra xalis mənfəət iki dəfə azalaraq 1,74 min manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar