Almaniya böhrandan mənfəət əldə edir
27 Avqust 2013 Çərşənbə Axşamı 03:44
Borclara hesablanan faiz ödənişlərinin azalması sayəsində ölkənin 2010-2014-cü illərdə əlavə mənfəəti 41 milyard avro olacaq.
Almaniya böhrandan mənfəət əldə edir. ANS PRESS-in AzərTac-a istinadən verdiyi məlumata görə, “Der Spiegel” nəşri Almaniyanın avrozona böhranından külli miqdarda qazanc götürdüyü barədə məlumat dərc edib.

Almaniyanın Maliyyə Nazirliyinə istinad edən qəzet yazır ki, borclara hesablanan faiz ödənişlərinin azalması sayəsində ölkənin 2010-2014-cü illərdə əlavə mənfəəti 41 milyard avro olacaq. Bəzi avrozona ölkələrinin müflis olma təhlükəsi səbəbindən həmin ölkələrdən investorlar Almaniya bazarına təhlükəsiz məkan kimi baxırlar. Bu isə böyük miqdarda alman qiymətli kağızlarının alınması ilə nəticələnib. Faiz dərəcələrinin düşməsi isə Almaniyanın mənfəətini artırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar