Alkoqolsuz içki obyektlərində yoxlamalar aparılacaq
02 Aprel 2009 Cümə Axşamı 12:20
Yoxlamalarda əsasən məhsulun lazımi normalara uyğunluğuna, ölçüsünə və keyfiyyətinə diqqət yetiriləcək

Standartlaşma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi ölkənin qərb bölgəsində alkoqolsuz içkilərin istehsalı və satışı ilə məşğul olan obyektlərdə yoxlamalar aparacaq. Komitədən verilən məlumata görə, 100-dən artıq müəssisə və satış obyektində keçiriləcək yoxlamalarda əsasən məhsulun lazımi normalara uyğunluğuna, ölçüsünə və keyfiyyətinə diqqət yetiriləcək. Xatırladaq ki, ötən il alkoqolsuz içkilərlə bağlı yoxlamaların aparıldığı 76 müəssisədən 6-da istehsala qadağa qoyulub. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar