Alfa Sığorta rəhbəri Xəyal Məmmədxanlı istefa verib
20 İyun 2011 Bazar Ertəsi 20:28
Xəyal Məmmədxanlı özünün təsis etdiyi "Consultant" sığorta və konsaltinq mərkəzində işləyəcək.
“Alfa Sığorta” şirkətinin Direktorlar Şurasının rəhbəri Xəyal Məmmədxanlı tutduğu vəzifədən istefa verib. Bu barədə Xəyal Məmmədxanlı özü ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, artıq bu gündən, yəni iyunun 20-dən “Alfa Sığorta” şirkətinin Direktorlar Şurasının rəhbəri deyil. Belə ki, X.Məmmədxanlı özünün təsis etdiyi "Consultant" sığorta və konsaltinq mərkəzində işləmək niyyətindədir.

Xatırladaq ki, X.Məmmədxanlı 2010-cu ilin aprelində “Alfa Sığorta” şirkətinin Direktorlar Şurasının başçısı təyin edilib.

“Alfa Sığorta” fəaliyyət üçün lisenziyanı 1997-ci ildə alıb. 2005-ci ilin yanvar ayına qədər “Murad” SK kimi fəaliyyət göstərib. 2005-ci ildə şirkət yeni təsisçi əldə edib və adını “Alfa Sığorta” ilə əvəz edib. Şirkətin yeganə səhmdarı “Texnikabank” ASC-dir. 2011-ci ilin yanvar-may aylaında şirkətin tədiyələri 1,5 milyon manatdan çox, ödənişlərin 146 min manata yaxın olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar