Alfa Sığorta nizamnamə kapitalını artırır
18 Yanvar 2010 Bazar Ertəsi 18:10
Alfa Sığorta şirkəti büdcəsini 3 milyon yüz min manata çatdırmaq istəyir.
"Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı artırılaraq 3 milyon yüz minə çatdırılacaq. Bununla bağlı səhmdarların ümümi yığıncağında əlavə olaraq hər birinin nominal dəyəri 1 000 manat olmaqla əlavə olaraq 1 400 ədəd adi adlı sənədsiz səhmin buraxılması qərara alınıb.

Sığorta şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu qərarla bağlı emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilib və 15 yanvar 2010-cu il tarixli Qiymətli Kağızlar Buraxılışının Dövlət Qeydiyyatı Haqqında şəhadətnamə alınıb.

Hazırda "Alfa Sığorta" ASC-nin Nizamnamə Kapitalı 1 700 000 manat təşkil edir.

Qeyd edək ki, "Alfa Sığorta" 2006-cı il dekabr ayında Azərbaycan Sığortaçılar Assosasiyasının üzvü seçilib. 2009-cu ilin mart ayında təşkilatı-hüquqi forması dəyişdirilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar