Alfa Sığorta 2 nümayəndəlik açır
14 Oktyabr 2010 Cümə Axşamı 12:20
Alfa Sığorta Lənkəranda və Şəkidə regional ofisi fəaliyyətə başlayacaq.
“Alfa Sığorta” ASC böyüməyə davam edir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, oktyabr ayının sonuna kimi şirkət Lənkəran və Şəki şəhərlərində nümayəndəliklər açacaq.

“Alfa Sığorta” ASC strateji inkişaf planına uyğun olaraq genişlənməkdə davam edir. Şirkətin Şirvan, Xaçmaz və Gəncə regional nümayəndəliklərindən sonra bu ayın sonuna qədər Lənkəranda yerləşən cənub regional ofisi və Şəkidə yerləşən şimal qərb regional ofisi fəaliyyətə başlayacaq. Nümayəndəliklər “Alfa Sığorta”nın bütün məhsul və xidmət çeşidlərini müştərilərinə təqdim edəcək. Bu nümayəndəliklər şirkətin sığorta məhsullarını təqdim etməklə yanaşı bütün bölgə əhalisinin sığorta məsləhətçisinə çevriləcək.

Qeyd edək ki, “Texnikabank” ASC-nin səhmdarı olduğu “Alfa Sığorta” ASC 1997-ci ildən sığorta bazarında fəaliyyət göstərir və sığortanın 25 növü üzrə müştərilərinə xidmətlər təklif edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar