Albaniya avroya keçir
18 Sentyabr 2009 Cümə 04:25
Hökumət hesab edir ki, güclənən avro Albaniya valyutasını zəiflədir
Albaniya hökuməti avro hesalaşmasına keçmək niyyətindədirö Ölkənin bu planlarını baş nazir Sali Berişa Cənub-Qərbi Avropa ölkələrinin Mərkəzi Bank rəhbərlərinin konfransında çıqlayıb.
Baş nazirin sözlərinə görə, avronun güclənməsi Albaniyanın daxili valyutasının, eləcə də regionun digər ölkələrinin valyutalarının mövqeyinə zərbə vurur. Sali Berişin fikrincə, belə şəraitdə avroya keçid vacibdir.
Qeyd edək ki, Albaniyanın milli pul vahidi lekdir. 1 avro 133.65 lekə bərabərdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar