Aktivləri 3,8 faiz artan bank - Bank of Baku
23 Aprel 2010 Cümə 12:50
"Bank of Baku" bir rübdə 3,52 milyon manat xalis mənfəət əldə edib.
Bu ilin birinci rübünün yekunu üçün "Bank of Baku" vergi ödənilənə qədər 3,52 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin yanvar-mart göstəricisindən 530 min manat və ya 17,7 faiz çoxdur. Bankın gəlirləri 8,1 faiz artaraq 10,54 milyon manat, xərcləri 5,4 faiz artımla 7,12 milyon manat olub.

İlin ilk rübündə bankın aktivləri 7,2 milyon manat və ya 3,8 faiz artaraq 194,59 milyon manatı keçib. Hesabat dövründə kreditləşmə 6,6 faiz artımla 142,87 milyon manata çatıb.

Bankın ümumi öhdəlikləri 154,47 milyon manata qədər artıb. Depozit portfeli 8,3 faiz genişlənərək 102,05 milyon manat, o cümlədən müddətli depozitlər 11,3 faiz artaraq 77,18 milyon manat olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar