Air France ilə AZAL arasında razılaşma imzalanıb
23 Fevral 2011 Çərşənbə 19:56
Fransa şirkəti Air France öz sərnişinlərinə iki ölkənin paytaxtları arasında həftədə 3 reys təklif edə biləcək.
“Air France” və “AZAL Azərbaycan Hava Yolları” şirkətlərinin hava gəmiləri Paris (Şarl de Qol hava limanı, Terminal 2B) və Bakı arasında reyslər həyata keçirəcək. ANS PRESS-in məlumatına görə, razılaşma fevralın 22-də imzalanıb. Bu anlaşma “Air France”a öz sərnişinlərinə iki ölkənin paytaxtları arasında həftədə üç reys təklif etmək imkanı yaradacaq. “AZAL” aviaşirkəti öz növbəsində “Air France” aviaşirkətinin çoxşaxəli marşrut şəbəkəsi sayəsində əlavə sərnişin axını əldə edəcək.
Uçuşlar “AZAL” aviaşirkətinin Airbus A-319 hava gəmiləri vasitəsi ilə yerinə yetiriləcək. Bu təyyarələrin biznes salonunda 24 sərnişin, ekonom salonunda 90 sərnişin yer alacaq.
"Air France" KLM-in Avropa və Şimali Afrika üzrə Baş direktoru Antoine Pussiau bildirib ki, Azərbaycan dinamik iqtisadi inkişafa malik ölkələr sırasına daxildir: "İmzalanmış razılaşma “AZAL” aviaşirkətinin təklif etdiyi həftədə üç reysin sayəsində sərnişinlərimiz üçün yeni imkanlar açır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: