AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
18 Oktyabr 2011 Çərşənbə Axşamı 18:13
Sifarişlərin ümumi məbləği nominal üzrə 3 394 000 manat təşkil edib.
Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərracda 3 investor iştirak edib.

Sifarişlərin ümumi məbləği nominal üzrə 3 394 000 manat təşkil edib. Sifarişlər 100, 1167% qiymətdə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 milyon manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 28 avqust 2018-ci ildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar