AİF-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
29 İyul 2011 Cümə 18:39
Avqustun 1-də Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Bu ilin 1 avqust tarixində Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu”nun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaq.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100,0500 faiz qiymətlə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi – 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

Istiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar