Agrihort Azerbaijan 2013
23 Aprel 2013 Çərşənbə Axşamı 21:05
Mayda “Agrihort Azerbaijan-2013” 7-ci Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisi baş tutacaq.
May ayının 22-dən 24-dək Bakı Ekspo Mərkəzində “Agrihort Azerbaijan-2013” 7-ci Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisi keçiriləcək. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və “ITE Group plc” şirkəti çıxış edirlər. “Iteca Caspian”dan AN.az-a verilən məlumata görə, bu layihənin icrasına “ITE Group plc” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsi - “EUF” (Türkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (BƏƏ) şirkətləri cəlb olunublar.

“Agrihort Azerbaijan” sərgisinə Kənd Təsərrüfatı Nazirliyi dəstək verir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

“Agrihort Azerbaijan-2013” sərgisi Ukrayna, Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya və Hollandiyadan olan kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirəcək. “Agrihort Azerbaijan” sərgisinin meydançası ötən il ilə müqayisədə 30% genişlənib. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixana avadanlıqları, suvarma sistemləri, toxumlar, gübrələr və s. bu kimi məhsullar nümayiş etdiriləcəkdir. Sərgi pavilyonun qarşısındakı açıq meydançada isə ziyarətçilərin diqqətinə kənd təsərrüfatı texnikası təqdim olunacaq.

2013-cü ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilə qədər aqrar sektorun inkişafı ilə bağlı strategiya hazırlayıb. Bunun fonunda bu sahə üzrə sərgilərə olan tələbatı lazımınca qiymətləndirməmək qeyri-mümkündür, belə ki, bu sərgilər unikal marketinq aləti və biznes əlaqələri üçün əla vasitə hesab olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar