Ağcabədidə müasir quşçuluq təsərrüfatları yaradılacaq
03 May 2011 Çərşənbə Axşamı 22:16
SKMF yerli sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, SKMF 2011-ci il aprelin 29-da Ağcabədi rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Ağcabədi rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- intensiv bağçılıq təsərrüfatlarının yaradılması;
- müasir tələblərə cavab verən ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar