AGBank nizamnamə kapitalını artırır
25 Noyabr 2010 Cümə Axşamı 16:10
Bank nizamnamə kapitalını 20 milyon manata çatdırmaq niyyətindədir
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “AGBank” ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. QKDK-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 2,5 milyon ədəd, emissiyanın ümumi həcmi isə 5 milyon manat təşkil edir.

Bundan başqa, “AGBank” yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Bu yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 33,3 faiz artaraq 20 milyon manata çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar