AGBank müştərilərinə pulsuz kart paketi verəcək.
18 Fevral 2012 Şənbə 17:26
Kart hesablarına 5000 $/AZN qoyan müştəri “AGClub Gold” paketini 1 il müddətinə pulsuz alacaq.
“AGBank” müştəriləri kart hesablarına 5000 $/AZN vəsait qoyduqda, bank tərəfindən onlara “AGClub Gold” kart paketi 1 il müddətinə pulsuz veriləcək.

Bankdın mətbuat xidmətindən ANS PRESS- ə verilən məlumata görə, müştərinin hesabında 4000 $/AZN olduqda, “MasterCard Gold” və ya “Visa Gold” kartları bir il müddətinə pulsuz veriləcək.

Qeyd edək ki, “AGBank”ın plastik kart paketlərindən biri olan “AGClub Gold” paketinə “MasterCard Gold”, “Visa Gold” və “AGClub” - endirim kartı daxildir. Vahid endirim sistemi və ümumi endirim kartı prinsipi əsasında birləşdirilmiş ticarət-servis müəssisələrinin şəbəkəsini təmsil edən “AGClub”, öz mahiyyətinə görə universaldır. Çünki ən müxtəlif tələbat və maraqlara malik olan alıcıların ehtiyaclarını təmin edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar