“AGBank”dan yeni “Uğur”
30 Noyabr 2010 Çərşənbə Axşamı 12:40
Bank Lökbatanda sayca 23-cü filialını açdı
“AGBank” öz filial şəbəkəsini genişləndirməyə davam edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu dəfə bank Bakı şəhəri, Lökbatan qəsəbəsindəki “Yeni Bazar” Ticarət Kompleksində (köhnə “Binə” ticarət mərkəzi) yeni “Uğur” filialını açıb.
Bu, bankın sayca 23-cü filialıdır. Yeni filial ticarət kompleksinin 7A sırasındakı 2 saylı korpusda yerləşir. “Uğur” filialı bütün növ bank xidmətləri göstərir.
Xatırladaq ki, oktyabr ayının əvvəlinə olan məlumata görə, “AGBank”ın 192,2 milyon manat təşkil edən kredit portfelinin təqribən 40 faizi ticarət və xidmət sahələrinə verilib.
Qeyd edək ki, “AGBank” 1992-ci ildə təsis edilib və Azərbaycanda fəaliyyət göstərən ilk özəl kommersiya banklarından biridir.
DOSTLARINLA PAYLAŞ: