“AFB Bank” nizamnamə kapitalını artırır
24 May 2010 Bazar Ertəsi 17:05
Bankın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AFB Bank” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsi ilə keçiriləcək.

Dövlət qeydiyyat nömrəsi AZ100200859P, emissiyanın həcmi 24 999 480 manat, Qiymətli kağızın miqdarı 23 540 ədəd, nominal dəyəri 1 062 manat, anderrayter “BoB Broker” MMC-dir

Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar