AccessBank reytinqi təsdiqləndi
04 Mart 2011 Cümə 17:06
Fitch Ratings bankın reytinqini dəyişməz saxlayıb
Fitch Ratings "AccessBank"ın reytinqini təsdiqləyərək onu dəyişməz saxlayıb. "AccessBank"ın uzunmüddətli emitent defoltu reytinqi (EDR), “Sabit” proqnozla "BB+" səviyyəsində təsdiqlənib. "AccessBank"ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, Azərbaycanın özəl bankları arasında ən yüksək reytinqdir. Qısamüdətli EDR "В" səviyyəsində, fərdi reytinq isə "D" səviyyəsində təsdiqlənib ki, bu da ölkədə ən yüksək reytinq hesab edilir.
"AccessBank"ın reytinqlərinin təsdiqlənməsi, onun səhmdarları olan beynəlxalq maliyyə təşkilatları tərəfindən yardım göstərilməsi ehtimalı haqqında Fitch agentliyinin rəyini əks etdirir. Fərdi "D" reytinqi aktivlərin yüksək keyfiyyətini, güclü effektivlik göstəricilərini, əhəmiyyətli likvidlik ehtiyatını və sabit kapitallaşmanı əks etdirir.
Qeyd edək ki, Fitch Ratings, dünyanın kredit bazarlarına müstəqil və perspektiv kredit qərarlarını, tədqiqatlarını və məlumatlarını təqdim edən ümumdünya reytinq agentliyidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: