AccessBank müştəriləri Avropa Çempionatına dəvət edir
19 Aprel 2012 Cümə Axşamı 19:35
Bankdan kredit alan müştərilər futbol üzrə Avropa Çempionatına getmək imkanı əldə edəcək.
“AccessBank” QSC yeni kampaniyaya başlayır. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 20-dən mayın 15-dək “AccessBank” QSC-dən istənilən növ kredit (mikro və kiçik biznes kreditləri, aqrokreditlər, nağd kreditlər, avtomobil və ipoteka kreditləri) götürən müştərilər, kreditin məbləğindən asılı olmayaraq (100 manatdan 3 milyon manatadək), bankın keçirdiyi lotereyada iştirak edə bilərlər.

Nəticədə, mayın 16-da keçiriləcək lotereyada qalib gələcək 12 müştəri Ukraynada keçirləcək futbol üzrə Avropa Çempionatına getmək imkanı əldə edəcəklər. Bu mükafata aviabiletdən və mehmanxanadan əlavə VIP səviyyəli biletlər də daxildir ki, bu da stadiona başqalarından ayrılıqda daxil olmaq, furşet və oyunu lojadan izləmək imkanı yaradır. Lotereyanın qalibləri 3 qrupa bölünərək, Ukraynanın Donetsk şəhərində keçiriləcək oyunlarda iştirak edəcək. Birinci qrup Fransa-İngiltərə (11.06.2012), ikinci qrup Ukrayna-Fransa (15.06.2012), üçüncü qrup isə İngiltərə-Ukrayna (19.06.2012) qarşılaşmasına baxacaq.

Qeyd edək ki, bu kampaniya çərçivəsində heç bir müştəri uduzmayacaq. Aprelin 20-dən mayın 15-dək kredit götürən bütün müştərilər son 3 ay üzrə kredit faizini ödəməkdən azad olunur.

Qeyd edək ki, “AccessBank” həm Azərbaycanın iqtisadi inkişafına, həm də sağlam cəmiyyətin formalaşmasına müsbət töhfə verməyə çalışır. 2010-cu ildən etibarən “AccessBank” AFFA-nın və Azərbaycan milli futbol komandalarının, o cümlədən qadın futbol komandalarının, futzal üzrə yığma komandaların, çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının və gənclər yığmasının rəsmi sponsorudur.

“AccessBank” 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən AccessHolding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar