AccessBank İmişlidə filial açıb
06 May 2011 Cümə 18:04
AccessBank İmişlidə filial açıb . Yeni açılmış filial sayca 29-cudur.
“AccessBank” bu gün İmişli şəhərində öz yeni filialını açıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yeni açılmış filial bankın artıq 29-cu filialıdır. “AccessBank” Azərbaycan əhalisinin bank məhsullarından tam şəkildə istifadə etməsini təmin etməyə çalışır və ən əsası isə, regionlarda biznesin inkişafını dəstəkləyir. Bu siyasət çərçivəsində bank hər il həm paytaxtda, həm də ölkənin regionlarında öz filiallarının sayını artırır. Bu, təsisçilərin bank qarşısında qoyduğu əsas məqsədlərdən biridir.

Azərbaycan Mərkəzi Bankında attestasiyadan uğurla keçmiş, təcrübəli “AccessBank” mütəxəssisi Niyaməddin Bayramov İmişli filialının rəhbəri vəzifəsinə təyin olunub. İmişli filialında həm fiziki, həm də hüquqi şəxslərə tamçeşidli xidmətlər göstəriləcək, o cümlədən pulköçürmələrin aparılması, hesabların, depozitlərin və VISA plastik kartlarının açılması, kiçik, biznes və istehlak kreditlərinin verilməsi üzrə əməliyyatlar həyata keçiriləcək.

Qeyd edək ki, “AccessBank” 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar