AccessBank AYİB-dan 15 milyon dollar cəlb edib
17 Aprel 2012 Çərşənbə Axşamı 19:37
Cəlb olunan vəsaitlər mikro və kiçik sahibkarlığın kreditləşməsinə yönəldiləcək.
“AccessBank” Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə 15 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi bağlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, beşillik kredit “AccessBank”a öz maliyyə bazasını diversifikasiya etməkdə və kiçik müəssisələrin kreditləşməsi üçün əlavə maliyyə vəsaitləri ilə təmin etməkdə kömək edəcək.

AYİB-dan cəlb olunan maliyyə vəsaitləri, aqrokreditlərə xüsusi diqqət ayırmaqla, ölkənin regionlarında özünün mikro, kiçik və orta biznes portfelini artırmaqda AccessBank-a kömək edəcək. Bundan əlavə, uzunmüddətli maliyyə dəstəyinin verilməsi, bir biznes modeli kimi AccessBank-ın göstəricilərini, diversifikasiyanın və maliyyələşdirmə müddətlərinin artırılması sayəsində yaxşılaşdıracaq.

Qeyd edək ki, “АccessBank”ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. “АccessBank” “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla “BB+” səviyyəsində), həmçinin “Global Finance” (2011) və “Euromoney” Nəşriyyat Qrupu (2010-2011) tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və “The Banker” nəşri tərəfindən isə “İlin bankı” adına layiq görülüb. “AccessBank” 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən “AccessHolding” (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar