Accessbank artıq Göyçayda
11 İyun 2010 Cümə 17:25
Sabahdan yeni Accessbank filialı fiziki və hüquqi şəxslərə bank əməliyyatları xidməti göstərəcək.
Azərbaycan Mərkəzi Bankı "Accessbank" QSC-yə Göyçayda H.Əliyev prospekti, 96 ünvanında filial açmaq üçün lisenziya verib. Bankın mətbuat xidmətindən verilən məlumata görə, yeni filial sabahdan fiziki və hüquqi şəxslərə o cümlədən kredit verilməsi, depozit qəbulu, plastik kartlara xidmət, sürətli pul köçürmələri və s daxil tam xidmət göstərəcək.
Hazırda bankın 23 filialı var. Ondan 12-si regionaldır.
Qeyd edək ki, “Fitch Ratings” dünyanın kredit bazarlarına müstəqil və perspektivli kredit qərarlarının, tədqiqatlarının və məlumatlarının təqdim olunması sahəsində fəaliyyət göstərən, ümumdünya miqyaslı reytinq agentliyidir. Dünya üzrə 50 nümayəndəliyə malik “Fitch Ratings” agentliyinin yerli bazar təcrübəsinin qazanılmasına əsaslanan qlobal təcrübəsi 150-dən artıq ölkənin kapital bazarlarını əhatə edir. “Fitch Ratings” öz etibarlı və şəffaf fəaliyyəti sayəsində investorlar, emitentlər və bank rəhbərləri arasında yüksək nüfuza malikdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: