AccessBank 2 milyard dollardan artıq məbləğdə kredit verib
20 İyul 2012 Cümə 18:21
AccessBank fəaliyyətə başladığı vaxtdan etibarən 585 000 kredit ayırıb.
“АссessBank” 2 milyard ABŞ dollarından artıq məbləğdə kredit verib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2002-ci ildən fəaliyyətə başladığı vaxtdan etibarən bank 585 000 kredit verib.
Bu məbləğin 90 faizdən artıq hissəsi biznesi genişləndirmək və yeni iş yerləri yaratmaq məqsədi ilə verilib ki, bu da ölkə iqtisadiyyatının inkişafına kömək edib, kreditin qalan hissəsi isə istehlakçıların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Bu kreditlərin əsas hissəsi, Bakı şəhərindən kənarda fəaliyyət göstərən kiçik və orta müəssisələr üçün ayrılıb və bu yolla Azərbaycanın regional iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verilib.
Bu yaxınlarda “АссessBank” artıq üçüncü il ardıcıl olaraq, biznes və maliyyə üzrə aparıcı nəşr olan “Euromoney” tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb. “Euromoney” əsasən, güclü maliyyə mövqeyini və bankın kredit portfelinin yüksək keyfiyyətini ön plana çəkir.
Qeyd edək ki, “AccessBank” 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən “AccessHolding” (16.5%) və Almaniyanın “LFS Financial Systems GmbH” (3.5%) şirkətləridir.
DOSTLARINLA PAYLAŞ: