Abşeronda damazlıq quşçuluq müəssisəsi fəaliyyətə başlayıb
11 Yanvar 2011 Çərşənbə Axşamı 16:30
Müəssisə damazlıq yumurta istehsalı ilə məşğul olacaq.
Abşeron rayonunun Zirə qəsəbəsində damazlıq yumurta istehsalı ilə məşğul olan quşçuluq müəssisəsi fəaliyyətə başlayıb. Müəssisə Sahibkarlığa Kömək Milli Fondundan alınmış kredit hesabına inşa edilib.

İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, "Xəmsə" MMC SKMF-dan 1,8 mln manat güzəştli kredit cəlb edib. Avadanlıqlar Hollandiya, Türkiyə və İtaliya istehsalıdır. Artıq müəssisəyə İngiltərədən 90 min baş damazlıq cücə gətirilib. Bu ilin ikinci yarısından etibarən müəssisədə il ərzində 25-30 milyon ədəd damazlıq yumurta istehsalı mümkün olacaq.

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, ölkə quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya illik tələbatı ildə 70 mln ədəddir. 2010-cu ildə 28 mln damazlıq yumurta yerli təsərrüfatlarda istehsal edilib ("Siyəzan Broyler", "Ozak" və "Qiləzi Quşçuluq"). Yaxın illərdə tələbat ildə 120-150 mln-a çata bilər.

"Xəmsə" MMC-nin sahibinin Bakıda eyni adda şadlıq evi var.

2010-cu ildə SKMF quşçuluq üzrə 12 layihəni maliyyələşdirib. Biznes layihələrə əsasən, onların vasitəsilə 60 mln damazlıq yumurta və 16 min ton quş əti istehsal ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar