ABŞ Azərbaycana 29,4 mln, Ermənistana isə 45.4 mln dollar ayıracaq
24 Yanvar 2011 Bazar Ertəsi 16:10
ABŞ Azərbaycana 29,4 mln, Ermənistana isə 45.4 mln dollar ayıracaq. Bu vəsait ölkələrdə demokratiyanın inkişafı üçün nəzərdə tutulub.
Bu il ABŞ Azərbaycana demokratiyanın inkişafı üçün 29.4 milyon dollar ayıracaq. ANS PRESS-in “Foreignassistance.gov” saytına istinadən verdiyi məlumata görə, ABŞ hökuməti tərəfindən dünya ölkələrinə yardım çərçivəsində ayrılan vəsait 5 sahənin inkişafına yönəldiləcək.

Vəsaitin 8.5 milyon dolları Azərbaycanda “sülh və stabilliyi"n inkişafına, 9.8 milyon dolları ölkədə “demokratiya, insan hüquqları və idarəetmə”nin inkişafına, 4.1 milyon dolları "səhiyyə"nin, 6.4 milyon dolları ölkənin “iqtisadi inkişafı”na, 0.6 milyon dolları “humanitar proqramlar”ın inkişafına yönəldiləcək.

Ermənistana isə ölkədə demokratiyanın inkişafı üçün 45.4 milyon dollar həcmində vəsait ayrılacaq.
Vəsaitin 9.4 milyon dolları Ermənistanda “sülh və stabilliyi"n inkişafına, 13.2 milyon dolları ölkədə “demokratiya, insan hüquqları və idarəetmə”nin inkişafına, 5.9 milyon dolları "səhiyyə"nin, 1.9 milyon dolları “təhsil və sosial proqramlar”a ayrılacaq. Bundan başqa, 13.4 milyon dollar vəsaitin Ermənistanın “iqtisadi inkişafı”na, 1.6 milyon dolları isə “humanitar proqramlar”ın inkişafına yönəldiləcək.

ABŞ hökuməti Gürcüstana 90.1 milyon dollar, Rusiyaya 68.7 milyon dollar, Türkiyəyə isə 5.9 milyon dollar ayıracaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar