ABB Moskva bankının aktivləri 28.5 faiz artıb
09 İyul 2012 Bazar Ertəsi 21:36
“Deloitte & Touche CIS” “Bank “ABB-Moskva” MMC-nin 2011-ci il üzrə maliyyə hesabatını təsdiq edib.
“Deloitte & Touche CIS” Beynəlxalq audit şirkəti “Bank “ABB-Moskva” MMC-nin 2011-ci il üzrə maliyyə hesabatını təsdiq edib. Bu barədə ANS PRESS-ə bankdan məlumat verilib.

Məlumatda qeyd olunur ki, audit rəyinin məlumatları “Bank “ABB-Moskva” MMC-nin müsbət inkişaf dinamikasını təsdiq edib və 2011-ci ildə fəaliyyətin bütün əsas istiqamətlərinin yaxşılaşdığını qeyd edib.

Hesabata əsasən, 2012-ci il yanvarın 1-nə bankın aktivləri 22,835 milyard rubl (artım 28,5 faiz) təşkil edib. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə kapital 1,732 milyard rubl (artım 54 faiz) təşkil edib.

Hesabat ilində bankın xalis mənfəəti 204,8 milyon rubla (artım 3,7 dəfə) çatıb.
“Bazarın korporativ seqmentinə istiqamətləndirmə biznesin intensiv inkişafı ilə uyğunluqda banka verilən kreditlərin həcmini artırmaq imkanı verib. Ötən il ssuda borcu 60%-dən çox artaraq 16 925 milyon rubl təşkil edib. Bankın ümumi aktivlərində ssuda borcunun payı 74 faizi ötüb. Kredit portfeli strukturunda hüquqi şəxslərin payı 85 faiz təşkil edib”, - deyə məlumatda vurğulanır.

Audit rəyinin məlumatına görə, müştərilərin hesablarında vəsaitlər 7,372 milyard rubl (artım 44 faiz), korporativ müştərilərin pul vəsaitlərinin həcmi – 4,025 milyard rubl (artım 38 faiz), pərakəndə müştərilərin – 3,347 milyard rubl (artım 53 faiz) təşkil edib.

2011-ci ildə bankın faiz gəliri artıb – 1,956 milyard rubl (artım 3 faiz), ümumilikdə əməliyyat gəliri 1,001 milyard rubl (artım 45,1 faiz) təşkil edib.

Hesabat dövründə banklararası bazarda cəlb olunan vəsaitin həcmi 12,84 milyard rubl (artım 20 faiz) təşkil edib. “Həmçinin ötən il 1,32 milyard rubl məbləğdə maliyyələşdirmənin cəlb olunması üzrə klub sövdələşməsi imzalanıb. “Qazprombank” ASC, “Bank-Uralsib” ASC, “MDM-BANK” ASC sövdələşmə üzrə iştirakçıdırlar”, - deyə məlumatda qeyd olunur.

2011-ci ildə bank Rusiya və Azərbaycan arasında $15 milyondan, 294 min avrodan artıq və 390 milyon rubl məbləğində 90 mindən artıq pul köçürmələri həyata keçirib.

“Visa” və “MasterCard” ödəmə sistemlərinin bank kartlarının emissiyası 31,708 min ədədə çatıb. 2012-ci il yanvarın 1-nə bank kartlarına xidmət üçün 200 pos-terminal və 48 bankomat quraşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar