"ABB-Gürcüstan" plastik kartların emissiyasına başlayır
04 Noyabr 2010 Cümə Axşamı 20:50
Bankın müştəriləri Visa Electron, Visa Classic və Visa Gold kartlarını əldə etmək imkanını qazanıb.
Bu ilin oktyabr ayından başlayaraq "Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan" VISA International plastik bank kartlarının emissiyasına başlayıb. Bankın müştəriləri Visa Electron, Visa Classic və Visa Gold kartlarını əldə etmək imkanını qazanıb. Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin ANS PRESS-ə verdiyi məlumata görə, bank Visa Platinum və Visa İnfinite kimi mükafat tipli kartlar hesabına gələcəkdə təklifi genişləndirməyi planlaşdırır.
Bankın İdarə heyətinin sədri Samir Vəliyevin bildirdiyinə görə, bank kartlarının emissiyası fiziki şəxslərlə iş həcmini xeyli dərəcədə artırmağa, həm mövcud, həm də potensial müştərilərlə iş və əməkdaşlıq sahəsini genişləndirməyə imkan verəcək. Bank rəhbərliyi həmçinin "Maaş kartı" layihəsində iştirak etmək üçün korporativ müştəriləri dəvət etməyi düşünür (layihə çərçivəsində şirkət əməkdaşları əmək haqqını və digər ödənişləri bank kartları vasitəsilə alacaqlar).
S.Vəliyev qeyd edib ki, mövcud infrastrukturun genişləndirilməsi, xüsusi olaraq bankomat şəbəkəsinin əhəmiyyətli dərəcədə artırılması, müxtəlif xidmət və ticarət obyektlərində POS-terminalların quraşdırılması, həmçinin kartların funksionalığının genişləndirilməsi üzrə bank qarşısında ciddi planlar qoyulub (hal-hazırda Gürcüstan paytaxtının mərkəzi rayonlarında 4 bankomat fəaliyyət göstərir). ANSPRESS
DOSTLARINLA PAYLAŞ: