ABB-Gürcüstan aktivlərini 35 faiz artırıb
14 Aprel 2011 Cümə Axşamı 19:38
ABB-Gürcüstan bankının xalis mənfəəti isə 87 faiz artaraq 233 158 dollar təşkil edib.
Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə strukturu olan “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan” bankının aktivləri ötən il ərzində 35 faiz artıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu müddət ərzində bankın gəlirləri 2 dəfə - 104 faiz, mənfəəti isə 87 faiz artaraq 233 158 ABŞ dolları təşkil edib.

Belə ki, “ABB-Gürcüstan”ın fiziki şəxslərin depozitləri il ərzində 8,3 milyon dollar artıb.

ABB mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin sözlərinə görə, 100 faizli xarici kapitalla Gürcüstanın rezident bankı - 2006-cı ildə yaradılan "ABB-Gürcüstan" bank xidmətləri standartlarının müasir, universal sistemini yarada bilib: “Bank korporativ, fərdi müştərilər üçün məhsul və xidmətlərin geniş seçimini təklif edir. 2007-ci illə müqayisədə bankın korporativ müştəriklərinin və fiziki şəxslərinin sayı müvafiq olaraq 4 və 10 dəfə artıb. Bank kreditlərə tələbat çərçivəsində müştəri bazasını xeyli genişləndirməyi planlaşdırır".

R.Ağayev bildirib ki, struktur onları müxtəlif sosial qruplara uyğunlaşdırmağı planlaşdıraraq depozitlərin və kredit xətlərinin dərəcələrə ayrılması tendensiyasını dəstəkləyir: “"ABB-Gürcüstan" hazırda Gürcüstanın bank sektorunda fəaliyyət göstərən xarici banklar arasında aparıcı mövqelərdən birini tutur. "ABB-Gürcüstan" ötən ilin oktyabrından “VISA International” bank kartlarının emissiyasına başlayıb. Struktur gələcəkdə “Visa Platinum” və “Visa Infinite” kimi mükafat kart tiplərinin hesabına təklifləri genişləndirmək fikrindədir".

Qeyd edək ki, "ABB-Gürcüstan" SC Tiflis Banklararası Fond Birjasının, Gürcüstan Banklar Assosiasiyasının üzvü, eləcə də "Birləşmiş klirinq-mərkəz" SC-nin həmtəsisçisidir. Mərkəzi və Şərqi Avropa ölkələrinin Bank Assosiasiyası üzvlüyünə qəbul edilib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar