ABB-Gürcüstan aktivlərini 2 dəfə artırıb
01 Mart 2012 Cümə Axşamı 16:23
“Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan” bankının aktivləri 80,6 milyon manata çatıb.
“Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan” bankının aktivləri 2011-ci ildə 1,9 dəfə artaraq 171,5 milyon lariyə (80,6 milyon manat) çatıb. ABB-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nizamnamə kapitalı 1,9 dəfə artaraq 22,7 milyon lari (10,670 milyon manat) səviyyəsinə çatdırılıb..
Ötən ilin sonuna bankın kredit portfelinin həcmi 62,4 milyon lari təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur. “ABB-Gürcüstan” bankının baş direktoru Samir Vəliyevin sözlərinə görə, bank Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri üçün aparıcı bankdır və bu istiqamətdə fəaliyyətin genişlənməsi müşahidə olunur. Ötən il ərzində bankın müştərilərinin sayı 994-ə çatıb ki, bu da əvvəlki ilə nisbətən 38,6% çoxdur.
Qeyd edək ki, “ABB-Gürcüstan” 2007-ci ildən fəaliyyət göstərir. Bankın əsas təsisçisi Azərbaycan Beynəlxalq Bankıdır (75%). Digər təsisçilər sırasında «Azərbaycan Sənaye Bankı» (12,5%) və fiziki şəxs (12,5%) var.
DOSTLARINLA PAYLAŞ: