ABB-dən plastik kartlara endirim
27 Dekabr 2010 Bazar Ertəsi 16:40
Azərbaycan Beynəlxalq Bankı bu gündən etibarən plastik kartları ilə bağlı endirim kampaniyasına başlayıb
Azərbaycan Beynəlxalq Bankı (ABB) bu gündən etibarən plastik kartları ilə bağlı endirim kampaniyasına başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aksiya bir ay davam edəcək.

Belə ki, kampaniyanın əvvəlki endirim proqramlarından fərqi ondan ibarətdir ki, indiki aksiya “Gold” və “Platinum” plastik kartlarını əhatə edəcək, endirimlərin həcmi isə 50-80% olacaq.

3 il müddətinə olan “Visa Classic” kartının qiyməti 112 manat təşkil edirsə, kampaniya çərçivəsində onun qiyməti 40 manat, 1 illik müddətə olan “Platinum Card” kartının qiyməti 100 manat təşkil edirsə, endirimdən sonra qiyməti 30 manat olacaq. Həmçinin, aksiya çərçivəsində kartın rəsmiləşdirilməsi zamanı ilkin ödəniş tutulmayacaq.

Bankın plastik kartlarının sahibləri onlarla bank xidmətlərindən istifadə edə bilərlər, bunların sırasında “Internet-Banking”, “Mobil Banking” və digərləri var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar