ABB-də İslam Bankçılığı tətbiq ediləcək
13 İyul 2011 Çərşənbə 23:44
Azərbaycan Beynəlxalq Bankında İslam Bankçılığı ilə bağlı artıq məsləhətçi müəyyən edilib.
Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam Bankçılığının məhsul və xidmətləri üzrə xüsusiləşdirilmiş strukturun yaradılması üçün məsləhətçinin cəlb edilməsilə tenderə yekun vurub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ABB-də İslam Bankçılığının tətbiqi üzrə qrupun rəhbəri Bəhnam Qurbanzadə qeyd edib ki, tender komissiyası, sıralarında “Islamic Finance Advisory Assurance Services” ilə birgə yerli “Ekvita” şirkəti, “Baker McKenzie” ilə birgə “Ernst & Young”; “PricewaterhouseCoopers” və “Salans”, “Pinsent Masons”, “KPMG” və “Dar Al Shariah” şirkətlərindən ibarət konsorsiumun olduğu 4 şirkətin təkliflərini gözdən keçirib.

Onun sözlərinə görə, ABB-də İslam Bankçılığının tətbiqi üzrə işçi qrup tərəfindən hazırlanmış tender təkliflərinin dəyərləndirilməsinin və analizinin gözdən keçirildiyi tender komissiyasının yekun iclası olub: “İclasın nəticələrinə görə komissiya üzvləri “Salans”, “Pinsent Masons”, “KPMG” və “Dar Al Shariah” şirkətlərindən ibarət konsorsium ilə əməkdaşlıq etməyə yekdilliklə səs verib”.

Bank 10 iş günü ərzində əməkdaşlıq barəsində məsləhətçi ilə müqavilə imzalayacaq. Müqavilə imzalandıqdan sonrakı bir həftə ərzində məsləhətçi layihənin həyata keçirilməsi üzrə işçi qrupu ilə birgə fəaliyyətə başlayacaq. Layihənin birinci mərhələsinin başa çatdırılması və xüsusi strukturun fəaliyyətinin başlanğıcı 2011-ci ilin payızına nəzərdə tutulub. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar