"A-Qroup"dan yeni sığorta məhsulu
20 Aprel 2010 Çərşənbə Axşamı 16:35
Müştərilər illik sığorta haqqını aylara bölüb ödəyə biləcək.
"A-Qroup" sığorta şirkəti fiziki şəxslərin əmlakının sığortası üzrə yeni məhsul təqdim edib. Proqram orta təbəqə də daxil olmaqla əhalinin müxtəlif təbəqələri üçün hesablanıb.
Yeni xidmət növünün əsas xüsusiyyəti odur ki, sığorta ödənişi aşağıdır, sığorta zamanı əmlaka ilkin baxış keçirilmir. Şirkətdən verilən məlumata görə, müştərilər istəsələr, illik sığorta haqqını aylara bölüb ödəyə bilər.
Sığorta haqqı ayda cəmi 19 manat, sığortaçı tərəfindən maksimal sığorta ödənişi 100 min manatdır. Əmlak üçün sığorta polisini "A-Qroup" sığorta şirkətinin ofisində 10 dəqiqəyə almaq olar. Əgər xidmət telefonla sifariş edilsə, şirkətin mütəxəssisləri polisi yerində sənədləşdirir.
Qeyd edək ki, "A-Qroup" şirkəti sığorta bazarında 1995-ci ildən fəaliyyət göstərir və 3 icbari, 14 könüllü sığorta növü üzrə xidmət edir. Şirkət uzun müddət tibbi sığorta üzrə lider olub. Ödənilmiş nizamnamə fondu 1,55 milyon manatdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: