90 min qızıl balıq yetişdirilib
25 Avqust 2013 Bazar 09:38
Balıqartırma senayesinde ölkemiz Xezer regionunda Rusiyadan sonra ikinci yeri tutur. Bu ile 90 min qızıl balıq yetişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ qızıl balıq yetişdirmə zavodu Xəzər dənizində və Kür çayında qızıl balığın artırılması işlərini davam etdirir. AzərTAc xəbər verir ki, bu il zavodun mütəxəssisləri tərəfindən plana uyğun olaraq yetişdirilən 90 min balıqdan sağlam kürü əldə edilib və hazırda onların inkişafı istiqamətində işlər aparılır.

Mütəxəssislər onların yeminə xüsusi diqqət yetirirlər. Zavodda kürüdən çıxan 15 günlük balıqlar 8 qrama çatanadək xüsusi korpusda yetişdirilən “Alaxet” qurdları ilə bəslənilir. Böyük balıqlara isə yerli ət məhsullarından hazırlanan kompleks qida verilir.

Qəbələdə yetişdirilən qızıl balıqlar sonrakı mərhələdə Qaradağ rayonunda yerləşən təcrübi balıqartırma zavodunda şirin sudan duzlu suya uyğunlaşma dövrünü keçirlər. Çəkisi daha çox artmış balıqlar isə elə həmin ərazidən Xəzər dənizinə buraxılır.

Ümumilikdə Azərbaycanda qızıl balığın artırılması üzrə 3 zavod fəaliyyət göstərir. Balıqartırma sənayesində Azərbaycan Xəzər regionunda Rusiyadan sonra ikinci yeri tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar