5 il ərzində Azərbaycan iqtisadiyyatına 100 mlrd dollara yaxın investisiya yatırılıb
01 Mart 2011 Çərşənbə Axşamı 13:46
Bu barədə İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev məlumat verib.
2005-ci ildən 2010-cu ilə qədər Azərbaycan iqtisadiyyatına 96, 8 milyard dollar investisiya qoyulub. Bu barədə bu gün Bakıda "Qızıldaş sement" sement zavodunun tikintisinə dair müqavilənin imzalanması mərasimində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri Sahil Babayev məlumat verib.
Onun sözlərinə görə, bu vəsaitin 42, 6 mlrd dolları daxili kapitaldır.
"İnvestisiyaların 43 faizi neft, 57 faizi isə qeyri-neft sektoruna yatırılıb", deyə S. Babayev qeyd edib.
O həmçinin əlavə edib ki, İqtisadi İnkişaf Nazirliyi Qafqazda ən böyük sement zavodunun tikintisini dəstəkləyir. Belə ki, bu təşəbbws Azərbaycanda qeyri-neft sektrounun inkişafına təkan verəcək.
Qeyd edək ki, Azərbaycanın “Norm” MMC və Çinin “China Triumph İnternational Engineering Co.” şirkəti arasında Qızıldaş Sement Zavodunun tikintisi haqqında saziş imzalanıb. anspress
DOSTLARINLA PAYLAŞ: