5-ci “Nümunəvi Müştəri” məlum oldu
13 Yanvar 2011 Cümə Axşamı 11:10
“Bank of Baku” həvəsləndirici kampaniyasının beşinci uduşunu keçirib. 5-ci “Nümunəvi Müştəri” məlum olub.
“Bank of Baku” ASC “Nümunəvi Müştəri” adlı həvəsləndirici kampaniyasının beşinci uduşunu keçirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda “Bank of Baku”da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 57 955 müştərinin xüsusi identifikasiya kodu iştirak edib.

Bankdan 1000 manatı qazanan “Nümunəvi Müştəri” Sumqayıt şəhəri sakini, 2 saylı musiqi məktəbinin müəlliməsi Mahmudova Leyla olub. Əsas qalib Mahmudova L.A. ilə yanaşı, bank 200 manat qazanan digər 5 qalib-müştərisini də müəyyən etdi: 1) Bağırova L.C., 2) Süleymanov V.Y., 3) Kərimova G.V., 4) Əliyeva G.F., 5) Əliyeva Z.Y.

Qeyd edək ki, “Nümunəvi Müştəri” kampaniyası 5 avqust 2010 – 5 avqust 2011-ci il tarixləri arasında keçirilir. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edəcək. “Nümunəvi Müştəri” kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Kampaniya başlanandan bankın artıq 4 Nümunəvi Müştərisinin hər biri 1000 manat, 20 müştərinin hərəsi isə “Bank of Baku”dan 200 manat məbləğində pul mükafaı qazanıb. Uduş fondunun ümumi məbləği 24 000 manat təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar