4 min müştəriyə 4 milyon manat
08 İyul 2010 Cümə Axşamı 18:10
"Bank of Baku"nun "Güzəştli Kreditlər" kampaniyası davam edir.
“Bank of Baku” ASC yeni “Güzəştli Kreditlər” kampaniyası çərçivəsində 4 minə yaxın müştərisinə dəstək olaraq 4 milyon manatdan artıq nəğd pul krediti ayırıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın növbəti kredit kampaniyası olduqca yaxşı göstəricilərlə başlayıb. Belə ki, kampaniyanın ilk 18 gününün nəticələrinə görə bank 4 137 371 manat məbləğində nağd pul krediti ayırıb.
Kampaniya başlanandan təhsil və tibb müəssisələrinin 748 əməkdaşı 568 950 manat, bankla iş tarixçəsi olan 2736 müştəri - 3 230 189 manat, dövlət və iri özəl müəssisələrinin 388 əməkdaşı isə 338 232 manat məbləğində nəğd pul krediti alıb.
Xatırladaq ki, müştərilərin tələbat və ehtiyaclarını maksimal dərəcədə ödəmək naminə “Bank of Baku” 12 iyun tarixindən etibarən əhali üçün bir sıra üstünlüklərə malik yeni “Güzəştli Kreditlər” kampaniyasını həyata keçirdir. Kampaniyanın şərtlərinə görə, təhsil və tibb müəssisələrinin əməkdaşları indi “Bank of Baku”dan nəğd pul kreditini 1 il müddətinə yox, 18 ay müddətinə, 1850 dollaradək yox, 2500 dollaradək ala bilər.
“Bank of Baku”dan kredit alan və ödənişləri vaxtında həyata keçirən müştərilər 24 ay müddətinə 4500 dollardək nəğd pul kreditini ala bilərlər; dövlət və iri özəl müəssisələrinin əməkdaşları indi nəğd pul kreditini 18 ay müddətinə yox, 24 ay müddətinə, aylıq əmək haqqının 5 misli qədər (3500 manatdan artıq olmamaq şərtilə) ala bilərlər. Kampaniyanın daha bir üstünlüyü var: indi bank kredit müddətinin ilk 6 ayı ərzində yalnız faizləri ödəmək imkanını yaradır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: