4 milyon manat mənfəət əldə edən bank AtaBank
28 Yanvar 2010 Cümə Axşamı 15:20
“AtaBank” bu qədər xalis gəlir əldə etsə də, bu, əvvəlki ildəkindən 24,3 faiz azdır
"AtaBank" ASC 2009-cu ildə vergi ödənilənə qədər 4,01 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ildəkindən 24,3 faiz azdır. Bankın gəlirləri 25,75 milyon manat, xərcləri 21,74 milyon manat olub. Bu, müvafiq olaraq 5,7 faiz və 21,2 faiz artım deməkdir.

Aktivlər ötən il 30,4 faiz artaraq 199,34 milyon manata çatıb. Hesabat dövtründə kreditləşmə 29,1 faiz artaraq 127,39 milyon manat olub.

Bankın ümumi öhdəlikləri 171,05 milyon manatadək artıb. Depozit portfeli 33,8 faiz genişlənərək 166,84 milyon manat təşkil edib. Müddətli müştəri əmanətləri 28,2 faiz azalaraq 29,61 milyon manat olub.

Balans kapitalı 15 faiz artaraq 28,29 milyon manata çatıb, məcmu kapital 28,9 faiz artaraq 25,13 milyon manatı keçib. Ödənilmiş nizamnamə fondu 15 milyon manat səviyyəsində qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar