2011-ci ildə neft 110 dollar olacaq
05 Dekabr 2009 Şənbə 17:05
2011-ci ildə neft 110 dollar olacaq. Goldman Sachs bankının analitikləri belə proqnoz veriblər.
2011-ci ildə dünya bazarında neftin bir barelinin orta qiyməti 110 dollar olacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, Goldman Sachs bankının analitikləri belə proqnoz veriblər.
Bankın hesablamaları Nyu-York birjasında satılan yüngül Texas nefti əsasında aparılıb. Analitiklər qeyd edirlər ki, 2011-ci ildə neftə olan dünya tələbatı artacaq və bu artım ilk növbədə iqtisadiyyatı güclü inkişaf edən ölkələr tərəfindən baş verəcək.
Goldman Sachs bankının analitikləri bildirirlər ki, 2010-cu ilin ortalarında Nyu-York birjasında neftin bir barelinin qiyməti 90 dollar olacaq. Ancaq dünya bazarında təbii qazın təklifi tələbatı üstələyəcək. “Dünya bazarında sıxılmış qazın istehsalın sürətli artımı hesabına təbii qazın artıqlığı bir neçə il davam edəcək.” – tədqiqatda qeyd edilir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar